Modern.az

3-cü Dünya Müharibəsinin ASTANASINDA: “Müharibə bir neçə dəqiqə çəkəcək”

3-cü Dünya Müharibəsinin ASTANASINDA: “Müharibə bir neçə dəqiqə çəkəcək”

Dünya

15 Noyabr 2016, 15:01

Son illərdə ABŞ və Rusiya arasında artan ziddiyyətlər 3-cü Dünya Müharibəsinin meydana gələcəyini gündəmə gətirmişdi. Məsələn, prezident Putin sonradan verdiyi geniş müsahibəsində Rusiyanın 2014-cü ildə Krımı ilhaq etdiyi zaman öz nüvə başlıqlarını döyüş hazırlığına gətirdiyini etiraf etmişdi.   

 

Xüsusən Amerikada sonuncu prezident seçkilərinin favoriti Hillari Klintonun qalib gələcəyi təqdirdə bu ehtimalın yüksək həddə çatacağı deyilirdi. Təsadüfi deyil ki, Respublikaçı namizəd, sonradan seçkilərin qalibi olmuş Donald Tramp debatlar zamanı “Hillari 3-cü Dünya Müharibəsini başlamaq istəyir”- deyə opponentinin Putinə qarşı sərt mövqeyinin doğura biləcəyi qorxunc nəticədən danışırdı. Digər tərəfdən, ekssentrik amerikalı siyasətçinin özünün də prezident olduqdan sonra Putinlə hansı münasibətlər quracağı maraqla gözlənilir.

 

Yüksək vəzifəli amerikalı hərbçilər isə başqa cür düşünür. Onların fikrincə. ABŞ-la Çin yaxud Rusiya arasında gələcəkdə genişmiqyaslı müharibə “100%-lik ehtimal”a malikdir.

“Üçüncü Dünya Müharibəsi “ölümcül və sürətli” olacaq. Rusiya yaxud Çinlə ehtimal olunan konflikt bir neçə dəqiqə ərzində başa çatacaq”- deyə Amerikanın ən məşhur hərbi ekspertlərindən biri Norma Berd hesab edir.  

 

Pentaqonun mətbuata sızdırılan gizli sənədlərindən aydın olunur ki, qurum bu ehtimala qarşı bir neçə ssenari hazırlayıb.

“Böyük dövlərlər arasında müharibə olacağı ehtimalı demək olar ki, tam təmin olunub. Trəfələr bu zaman nüvə potensialı ilə yanaşı. Süni intellekt və “ağıllı” hərbi texnikaya ümid edəcək. Belə müharibələr bir neçə dəqiqə çəkəcək”.

 

Amerikalı general-mayor Uilyam Hiks yeni dünya savaşının tamamilə başqa reallıqda baş verəcəyini deyir.

“Yaxın gələcəkdə hərbi toqquşmaların sürəti insan imkanlarını üstələyəcək. Bu şəraitdə çevik qərar vermək üstünlüyü robot və avtomatlaşmış maşınların əlində cəmləşəcək”.

Dünyanın hegemon dövləti statusunu daşıyan ABŞ Rusiyanın qonşu dövlətlərə qarşı təcavüzünü artırması, Çinin iqtisadi və hərbi güclənməsi, eyni zamanda dünya xəritəsində özünü müdafiə etmək qabiliyyətinin xeyli aşağı olduğu zəif dövlətlərin sayının artması narahat edir.

Bütün bu amillər dünyada 3-cü Dünya Müharibəsi riskini daha da yaxın edir, eyni zamanda dünya birliyinin ciddi narahatlığına səbəb olur.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır