Modern.az

Jurnalist Fikrət Fəraməzoğlunun məhkəməsi 22 noyabra təyin olundu

Jurnalist Fikrət Fəraməzoğlunun məhkəməsi 22 noyabra təyin olundu

Aktual

15 Noyabr 2016, 15:53

“Jam.az” saytının rəhbəri Fikrət Fəraməzoğlunun barəsindəki cinayət işi icraata verilib.

Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun icraatına verilib.

Məhkəmədən verilən məlumata görə hazırlıq iclası noyabrın 22-də, saat 14.00-a keçiriləcək.

 

Fikrət Fəraməzoğlu bu il iyunun 30-da saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir