Modern.az

Əflatun Amaşov Jurnalistka fakültəsində oldu - FOTO

Əflatun Amaşov Jurnalistka fakültəsində oldu - FOTO

15 Noyabr 2016, 16:45

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili  Əflatun Amaşov Jurnalistka fakültəsində olub.

Fakültə əməkdaşlarının iştirak etdiyi görüşdə qonağı salamlayan Jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli Mətbuat Şurası ilə əməkdaşlıq məsələləri, birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə edib.

 

Görüş zamanı Jurnalistika fakültəsinin fəaliyyəti ilə bağlı bir sıra təkliflər səsləndirilib. Millət vəkili Əflatun Amaşov bu istiqamətdə ali təhsil müəssisələrinin iştirakı ilə qısametrajlı sənədli filmlər üzrə müsabiqələrin keçirilməsi, məktəblilər arasında yazı qaliblərinin təyin olunması, Jurnalistika fakültəsinin təsis etdiyi "Jurnalist" qəzetinin istehsal və yayımının genişləndirilməsi kimi fikirlər səsləndirib.

 

Görüşün keçirilməsindən məmnunluğunu ifadə edən Əflatun Amaşov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə edib. 

 

Modern.az 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi