Modern.az

2017-ci ilin büdcə zərfi Milli Məclisə təqdim olundu

2017-ci ilin büdcə zərfi Milli Məclisə təqdim olundu

15 Noyabr 2016, 16:50

“2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi artıq Milli Məclisə daxil olub.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

 

Milli Məclis rəsmisi bildirib ki,  “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi bu günlərdə parlament komitələrinin müzakirəsinə çıxarılacaq:

 

“Yaxın gülərdə Milli Məclisin komitələrində müzakirəyə çıxarılacaq gələn ilin büdcə layihəsi müsbət rəylər aldıqdan sonra plenar iclasa tövsiyə olunacaq”.

 

Qeyd edək ki, 2017-ci ilin büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

 

Xatırladaq ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 min manat, yerli gəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat) məbləğində proqnozlaşdırılıb.

Gələn ilin dövlət büdcəsinin 645 mln. manatlıq kəsirlə icra olunması nəzərdə tutulub.

 

 

Ağa AKİFOĞLU

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı