Modern.az

Milli Məclisdə büdcə müzakirələri dekabrda olacaq

Milli Məclisdə büdcə müzakirələri dekabrda olacaq

15 Noyabr 2016, 17:56

Gələn ilin dövlət büdcə zərfinin parlamentdə müzakirə olunacağı tarix müəyyənləşib.

 

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

 

Parlament rəsmisi bildirib ki, Azərbaycan Respublikasının 2017-ci il üzrə büdcə zərfi Milli Məclisdə gələn həftə komitələrin birgə iclaslarında müzakirəyə çıxarılacaq.

 

 Milli Məclisin plenar iclaslarında isə büdcə zərfi dekabrın 6, 7 və 8-i müzakirə olunacaq.

 

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?