Modern.az

Azərbaycan Ordusunun hərbçisi şəhid oldu

Azərbaycan Ordusunun hərbçisi şəhid oldu

Qarabağ

15 Noyabr 2016, 20:38

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub. Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu gün xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medala təqdim olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar