Modern.az

Neftçalada 65 və 62 yaşlı bacıların meyitləri tapılıb

Neftçalada 65 və 62 yaşlı bacıların meyitləri tapılıb

15 Noyabr 2016, 21:25

Neftçalada 65 və 62 yaşlı bacıların meyitləri yaşadıqları evdə aşkar olunub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Neftçalanın  Qoltuq kəndində qeydə alınıb. Belə ki, saat 17.00 radələrində iki bacı, 1951-ci il təvəllüdlü Gülbəxt Adgül qızının və 1954-cü ildə anadan olmuş Balacaxanım Adgül qızının meyitləri yaşadıqları mənzildə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunub.

 

Meyitlərin vizual müayinəsi zamanı onların üzərində zorakılıq əlaməti aşkar olunmayıb.

 

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır