Modern.az

Bərdə sakini evində ilan saxlayır – VİDEO

Bərdə sakini evində ilan saxlayır – VİDEO

15 Noyabr 2016, 22:16

Bərdə sakini istənilən zəhərli ilanı əli ilə tutur və hətta bu təhlükəli sürünənləri evində saxlayır. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, Bərdənin Məhdixanlı kənd sakini 21 yaşlı Hüseyn Qarayev uşaqlıqdan ilanlarla oynamagı sevir. O, kənddə təsərrüfat işləri ilə məşgul olarkən qarşısına çıxan ilanları təhlükəsiz qaydada tutmağı da öyrənib. O ilan zəhərli olsa belə.

 

Hüseyn tutduğu ilanları zəhərini çıxartdıqdan sonra evində saxlayıb, şəraitə uygunlaşdırır. Lakin ailə üzvləri ilanlardan qorxduğu üçün onları yenidən çöllük ərəzilərə buraxır.

 

Hüseynin ilanlardan əlavə digər vəhşi heyvanlara da marağı var. Ancaq Bərdədə hələ ki, başqa heyvan tutub saxlamaga nail olmayıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir