Modern.az

Azərbaycan əsilli biznesmenin həbs müddəti uzadıldı

Azərbaycan əsilli biznesmenin həbs müddəti uzadıldı

15 Noyabr 2016, 23:18

Moskva şəhər məhkəməsi Roman Manaşirovun həbs müddətini 2017-ci il fevralın 19-na qədər uzadıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, İstintaq Komitəsi əməkdaşının sözlərinə görə, Manaşirova və müstəntiq Viktor Rubaşkinə yekun ittihamlar elan olunması üçün ekspertizadan məlumatların alınmasına əlavə vaxta ehtiyac var.

İstintaqdan verilən məlumata görə, Manaşirov İsrail vətəndaşıdır və geniş əlaqələri olduğundan xaricdə gizlənə bilər.

Xatırladaq ki, oliqarx korrupsiya yönümlü xüsusilə ağır cinayətdə, eləcə də istintaq təcridxanasının işçisini kamerada daha rahat şərait yaradılması üçün ələ almaqda günahkar bilinir.

46 yaşlı biznesmen Quba rayonunda, Qırmızı Qəsəbədə anadan olub. O, Moskvada yəhudi icma mərkəzinin əsas sponsorlarından biri idi. Manaşirov Rusiya paytaxtında xeyriyyə layihələrinin maliyyələşdirilməsində də fəal iştirak edirdi.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi