Modern.az

Zərdabda şagirdə qarşı əxlaqsızlıq edən direktor həbs edilib

Zərdabda şagirdə qarşı əxlaqsızlıq edən direktor həbs edilib

15 Noyabr 2016, 23:34

Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direkteru Ceyhun Tofiqli saxlanılıb. Modern.az saytı xəbər verir ki, "Avropa.info"nun məlumatına görə, məktəb direktoru rəhbərlik etdiyi orta məktəbdə şagirdlərindən birini zorlamaqda ittiham olunur. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və bu gün polis tərəfindən saxlanıldığı qeyd edilir.

Hazırda Ceyhun Toqifli haqqında cinayət işi başladılıb və iş Zərdab rayon prokurorluğu tərəfindən araşdırılır.

Zərdab rayon Polis şöbəsi faktı təsdiqləyib. Şöbədən bildirilib ki, cinayət işi araşdırılmaq üçün Zərdab rayon prokurorluğuna göndərilib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi