Modern.az

2017-ci ilin dövlət büdcəsində ƏSAS XƏRCLƏR

2017-ci ilin dövlət büdcəsində ƏSAS XƏRCLƏR

16 Noyabr 2016, 09:54

Xəbər verdiyimiz kimi, “2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. Büdcə zərfinə daxil olan sənədlər bu günlərdə parlament komitələrinin müzakirəsinə çıxarılacaq..

Modern.az-ın məlumatına görə, dekabrın 6, 7 və 8-də Azərbaycan Respublikasının 2017-ci il üzrə büdcə zərfi Milli Məclisin plenar iclaslarında müzakirə olunacaq.

Qeyd edək ki, 2017-ci ilin büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

***

Xatırladaq ki, 2017-ci il dövlət  büdcəsinin  gəlirləri 15 955 000,0 min manat, xərcləri 16 600 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 334 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 911 286,0 min manat, yerli xərcləri 688 714,0  min manat) məbləğində nəzərdə tutulub.

Gələn ilin dövlət büdcəsinin 645 mln. manatlıq kəsirlə icra olunması nəzərdə tutulub.

***

2017-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycanda neftinin 1 barelinin qiyməti 40 dollardan götürülüb.

Yarana biləcək risklərdən qorunmaq məqsədi ilə qiymətlər 3 ssenari üzrə icra olunacaq:

 Pessimist qiymətin 1 bareli- 35 ABŞ dollar
Baza qiyməti - 40 ABŞ dollar
Optimist - 45 ABŞ dolları

 ***

2017-ci ilin dövlət büdcəsi layihəsində elmə ayrılan xərclər 125.318.640,0 manatdır. 

Təhsilə ayrılan pulun məbləği isə 1.859.499.497,0 manat nəzərdə tutulub.

Gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə 775.785.130,0 manat ayrılması proqnozlaşdırılıb.


***

2017-ci ildə Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi (ipoteka) xərcləri üçün 100.000.000 manat nəzərdə tutulub.


***

2017-ci ildə ölkənin müdafiə xərcləri üçün 1.615.359.868.0 manat nəzərdə tutulub.

Bu məbləğdən 1.486.905.140,0 manat müdafiə qüvvələrinə, 122.700.302,0 manat milli təhlükəsizliyə,  2.642.144,0 manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlara sərf olunacaq.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı