Modern.az

Bakı Atatürk Liseyinin direktoru qəfil öldü

Bakı Atatürk Liseyinin direktoru qəfil öldü

16 Noyabr 2016, 10:49

Bakı Atatürk Liseyinin direktoru Əli Devrim dünən axşam saatlarında  dünyasını dəyişib.

Liseyin “Okul Ailə Birliyi”nin rəhbəri Aida Bəndəliyeva Modern.az-a açıqlamasında məlumatı təsdiqləyib.

 

“Dünən Əli müəllim işdə olub və səhhətində heç bir problemi olmayıb. Axşam evə gedəndə qəfil halı pisləşib. Dərhal iş yoldaşlarından birinə zəng edib. Cəhdlərə baxmayaraq,  ürək tutmasından dünyasını dəyişib”.

 

Aida Bəndəliyevanın sözlərinə görə,  liseyin direktoru çox böyük hörmət qazanmışdı.

“Əli müəllim, çox yaxşı insan idi. Həm ailə başçısı kimi həm də kollektivdə böyük hörmət qazanmışdı. Bu dəqiqə liseyin müəllim və şagird heyəti xəbərdən çox üzülüb. Burada  çox yaxşı qayda-qanun yaratmışdı. Liseydə hər kəs özünü evindəki kimi hiss edirdi. Bir adamın ondan narazılığı yox idi”.

Birliyin rəhbəri, Əli Devrimin ailəsindən də söz açıb.

 

“Ailəsi Azərbaycanda yaşasa da, Əli müəllimin halı pisləşəndə evdə heç kəs olmayıb. Xanımı Xədicə Devrim 10 gün olar ki, Türkiyəyə getmişdi. İki övladı var. Mərhumun nəşi xəstəxanadadır. Bu gün liseydə vida mərasimi keçiriləcək. Daha sonra dəfn olunmaq üçün Türkiyəyə aparılacaq”

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi