Modern.az

Bu il Azərbaycan nə qədər VAZ avtomobili gətirilib? – RƏQƏM

Bu il Azərbaycan nə qədər VAZ avtomobili gətirilib? – RƏQƏM

İqtisadiyyat

16 Noyabr 2016, 11:13

Rusiyanın avtomobil nəhəngi olan AVTOVAZ 2016-cı ilin geridə qalan dövrü ilə bağlı statistikanı açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu ilin 9 ayında xaricə satılan avtomobillərin sayında 45%-lik azalma var. Azərbaycan satılan Vaz avtomobillərin sayı da yarıya qədər azalıb və 1500-ə düşüb. Halbuki ötən ilin müvafiq dövründə bu satışların sayı 2900-dən çox idi.

 

Böhranlı vəziyyətdən çıxmaq üçün AVTOVAZ şirkəti Gömrük İttifaqına üzv olan ölkələrə ixracı artırmaq niyyətnidədir. Bundan başqa, 2017-21019-cu il proqramı çərçivəsində Rusiya hökuməti şirkətə 1 milyard dollar yardım göstərəcək.

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!