Modern.az

BANM-in əcnəbi tələbəsi:”Azərbaycan doğma vətənimdir ...”

BANM-in əcnəbi tələbəsi:”Azərbaycan doğma vətənimdir ...”

16 Noyabr 2016, 11:21

Suallarımızı Bakı Ali Neft Məktəbinin (BANM) əcnəbi tələbəsi, Neft-qaz mühəndisliyi ixtisası üzrə II kursda təhsil alan Entoni-Mario Suares cavablandırır.

 

Entoni, neçə ildir Azərbaycandasınız? Ölkəmiz haqqında nə deyə bilərsiniz?

Mən 20 ildir ki Azərbaycanda yaşayıram. Sentyabrın 3-ü 1996-ci ildə Bakıda anadan olmuşam. Bakı çox gözəl bir şəhərdir. Bu şəhər demək olar ki, meqapolisə çevrilməkdədir. Alov qüllələri, Dövlət Bayrağı Meydanı, “Crystal Hall”, Heydər Əliyev Mərkəzi müasir Bakımızın rəmzlərinə çevrilib. Azərbaycan xalqının çox qonaqpərvər və mehriban xalq olduğunu da xüsusilə vurğulamaq istərdim. Bir sözlə, Azərbaycan mənim doğma vətənimdir deyə bilərəm.

 

NiyəməhzBANM-iseçdiniz?

Mən 4 il Bakı Oksford Məktəbində oxumuşam və bu 4 il ərzində dərslər ingilis dilində keçirilirdi. Məktəbi bitirdikdən sonra mən öz təhsilimi İngiltərədə dəvam etdirdim. 1 il hazırlıq proqramı oxuduqdan sonra Azərbaycana qayıtdım. Mən Azərbaycanda belə bir ali təhsil müəssisəsi açıldığını öyrəndim və İngiltərədə oxumaq əvəzinə BANM-ə daxil olmağı seçdim.

 

Bir müddətdir ki dərslər başlayıb. Sizin üçün burada oxumaq çətin deyil ki?

Əvvəl fikirləşirdim ki, BANM-də oxumaq çətin olmayacaq, çünki mən orta məktəbdə ingilis dilində təhsil almışam və burada da dərslər ingilis dilində keçirilir. Amma indi görürəm ki, oxumaq həqiqətən də çətindir. Bununla belə, bilirəm ki, əvvəl oxumaq həmişə çətin olur, amma zaman keçdikcə insan bu çətinliyə də alışır və asan olur.

 

Çətinlik çəkəndə Ali Məktəbiseçdiyinizə peşiman olmadınız ki?

Əlbəttə xeyr. Fikrimcə, insan peşiman olmaq yerinə verdiyi qərarda qətiyyətli olmalı və bu istəyində müvəffəq olması üçün var gücü ilə çalışmalıdır.

 

Ən böyük arzunuz nədir?

Mənim ən böyük arzum yüksək ixtisaslı mühəndis olmaq və valideynlərim üçün dəstək olmaqdır. BANM-də təhsilin ingilis dilində olması, eləcə də proqramların beynəlxalq standartlara cavab verməsinin mənim bu arzumun reallaşmasında böyük rolu olacaqdır.

 

Hobbiniz varmı və əgər varsa hansılardır?

Əlbəttə, var. Basketbol, futbol, cüdo kimi idman növləri ilə məşğul olmaq əsas hobbilərimdəndir.

 

Başqa hansı maraqlarınız var?

Dünya ədəbiyyatını oxuyuram və dünya tarixinı öyrənməyə həvəsim var.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi