Modern.az

Bu il xaricdən Azərbaycana 4349 avtomobil gətirilib

Bu il xaricdən Azərbaycana 4349 avtomobil gətirilib

16 Noyabr 2016, 11:44

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 4 349 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, idxal edilən avtomobillərin 75 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 775 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələridir.

Yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 419, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 80 ədəddir.

 

Qeyd edək ki, 2015-ci ilin 10 ayı ərzi ilə müqayisədə idxal olunan avtomobillərin sayı 19 870 ədəd azalıb.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi