Modern.az

Məşhur fizik: “Yaxın min il ərzində dünyanın sonu gələcək”

Məşhur fizik: “Yaxın min il ərzində dünyanın sonu gələcək”

16 Noyabr 2016, 11:51

Dünyaca məşhur fizik Stiven Hokinq dünyanın sonu ilə bağlı proqnoz verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, fizik dünyanın sonunun yaxın min il ərzində baş verəcəyini deyib.

 

“Düşünürəm ki, biz bu kövrək planeti yaxın min il ərzində tərk etməsək dünyanın sonu gələcək”.

Professorun fikrincə, bəşəriyyətin sonu 3 ssenari: nüvə müharibəsi, süni intellektin fəaliyyəti yaxud genetik konstruksiyalı virusa görə baş verəcək.

 

Hokinq kosmik səyahətlərə marağın artmalı olduğunu və bəşəriyyətin xilasının məhz bunda olduğunu deyib.

 

Vüqar İSMAYILOV    

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi