Modern.az

"Oskar" münsifinin Azərbaycana 4 milyon dollar borcu var

"Oskar" münsifinin Azərbaycana 4 milyon dollar borcu var

16 Noyabr 2016, 12:13

Məşhur rusiyalı kinoprodüser və rejissor, ABŞ Kinoakademiyasının üzvü, Ukraynanın “1+1” telekanalının təsisçisi Aleksandr Rodyanski Azərbaycanın “Aqrakredit” bankına  4 milyon dollar və 290 milyon rubl borcludur.

 

Modern.az xəbər verir ki, borcunu vaxtında geri qaytara bilmədiyi üçün Rodyanskinin başçılıq etdiyi “Non stop Prodakşn” şirkətinin 49%-i Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərini üzərində cəmləşdirən “Aqrakredit” bankının hesabına keçib. Prosedur Lüksemburqun “Excalibur” şirkətinin vasitəçliyi ilə baş tutub.

 

“Non stop Prodakşn” şirkətininin strukturlarından borc vəsaitini effektiv şəkildə geri almaq üçün “Aqrakredit” bankı Ruisiyanın “Vretikal-kapital” şirkəti ilə müqavilə imzalayıb.

Aleksandr Rodyanski 4 qat “Qızıl qartal”, 4 qat “Nika” və s. mükafatların laureatıdır.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir