Modern.az

Deputatdan TƏKLİF: “Torpaq sahələri laboratoriya edilsin”

Deputatdan TƏKLİF: “Torpaq sahələri laboratoriya edilsin”

İqtisadiyyat

16 Noyabr 2016, 13:34

Deputat Cavanşir Paşazadə torpaq sahələrinin laboratoriya edilməsi ilə bağlı təklif irəli sürüb.

 

Modern.az-ın xəbərinə görə, parlamentin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Cavanşir Paşazadə deyib ki, hazırda təsərrüfat sahəsində məşğul olan insanlar üçün bütün şəraitlər yaradılıb:

“Bunlar həm satış, həm də məhsulun aparılması ilə bağlı görülən işlərdir. Maraqlıdır ki, biz hər bir şeyi edirik. Amma kənd təsərrüfatı torpaqlarının laboratoriyasını həyata keçirmirik.

 

Yəni torpaqların laboratoriya edilməsi məsələsi qanunda əksini tapsa bu, torpağı əkib-becərən şəxs üçün yaxşı olar. Çünki əkən bilmir ki, hansı məhsulu əksə, onun məhsuldarlığı bol olacaq. Fermerlər subsidiyalar götürürlər. Ancaq laboratoriya olmadığına görə gələcəkdə ödəmələri ödəyə bilmirlər”.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!