Modern.az

Sarkisyandan TƏKLİF: “Bakı ilə Yerevan arasında “qaynar xətt” yaradılsın”

Sarkisyandan TƏKLİF: “Bakı ilə Yerevan arasında “qaynar xətt” yaradılsın”

16 Noyabr 2016, 17:33

Ermənistan prezidenti Serj Sarkisyan Bakı və Yerevan arasında “qaynar xətt”in yaradılmasını təklif edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Ermənistan prezidenti bunun sayəsində Qarabağda baş verən hadisələrə operativ müdaxilə etməyin mümkün olacağını deyib.

 

“Əgər müsbət nəticələr verərsə, bu addıma razıyıq. Məsələn, təmas xəttində atışma olub və bizim məlumatımıza görə atəş açan Azərbaycan tərəfidir. Mən telefonu götürüb Azərbaycan prezidentinə zəng edirəm və insident barədə məlumat verirəm. O isə bu məlumatı yoxlayır”.

 

Serj Sarkisyan 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Azərbaycan müdafiə naziri ilə aralarında "qaynar xətt"in olduğunu demişdi.

 

“Mənim Azərbaycan müdafiə naziri ilə birbaşa qaynar xəttim var idi. Ekstremal vəziyyətlərdə bir-birimizə zəng edirdik. İndi bu yoxdur”.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir