Modern.az

Azərbaycan prezidenti Tatarıstan prezidentini qəbul edib

Azərbaycan prezidenti Tatarıstan prezidentini qəbul edib

2 Mart 2011, 18:16

Martın 2-də Preziden İlham Əliyev Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovu qəbul edib. Dövlət başçısı Tatarıstan Prezidentinin respublika rəhbəri kimi yüksək vəzifəyə seçildikdən sonra özünün ilk səfərlərindən birini ölkəmizə etməsini yüksək qiymətləndirib. (AzərTAc)
Azərbaycan və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun ölkəmizə səfəri zamanı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirib və səfərin qarşılıqlı fəaliyyət və əlaqələrimizin müxtəlif istiqamətlərdə genişlənməsinə xidmət edəcəyinə əmin olduğunu deyib.

Rustam Minnixanov Azərbaycana  səfərindən və Prezident İlham Əliyev ilə görüşmək imkanı əldə etməsindən məmnunluğunu bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir