Modern.az

Akif Nağı Filip Kirkorovun üzünə “çıx get” deyib

Akif Nağı Filip Kirkorovun üzünə “çıx get” deyib

2 Mart 2011, 19:48

Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü rusiyalı bəstəkar İqor Krutoyun yaradıcılıq gecəsi keçirilən Heydər Əliyev Sarayının qarşısında etiraz aksiyası keçirib. (APA)

QAT-dan verilən məlumata görə, aksiyada yaradıcılıq gecəsində iştirak etmək məqsədilə Bakıya gəlmiş erməni əsilli rusiyalı müğənnilər Filip Kirkorov və İrina Alleqrovaya (Sərkisyan) etiraz bildirilib. Aksiya iştirakçıları sarayın qarşısında “Filip və İrina erməni faşizmini tərənnüm edir”, “Erməni nökərləri rədd olsun”, “Erməniləri dəvət edənlərə lənətləyirik” və s. kimi şüarlar səsləndiriblər. F.Kirkorov da aksiyanın şahidi olub. Piket polis əməkdaşlarının müdaxiləsindən sonra dağıdılıb.

QAT sədrinin müavini İlqar Əliyev və 10-na yaxın aksiya iştirakçısı saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?