Modern.az

Pedaqoji Universitetdən ötən il 163, bu il 52 tələbə qovulub

Pedaqoji Universitetdən ötən il 163, bu il 52 tələbə qovulub

3 Mart 2011, 10:17

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) ötən dərs ilində 163 tələbə kənarlaşdırılıb. 2010-2011-ci dərs ilində isə ADPU-dan xaric edilən tələbələrin sayı 52 nəfərdir. Bu barədə Modern.az saytına universitetin Tədris-metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyev məlumat verib. Onun sözlərinə görə, universitetdən tələbələrin xaric olunmasının səbəbləri müxtəlifdir.

Belə ki, ötən dərs ilində akedemik borcla əlaqədar əyani şöbədən 58, qiyabi şöbədən 57,  dərsə davamiyyətə görə əyani şöbədən 29 tələbə kənarlaşdırılıb. Bundan başqa, öz ərizəsi ilə əyani şöbədən 4, qiyabi şöbədən isə 5 tələbə xaric olunub. Əyani şöbədə başqa universitetlərə köcürülən tələbə yoxdur, qiyabi şöbədən isə 10 nəfərdir.

N.Hacıyev saytımıza bildirib ki, 2010-2011-ci dərs ilində universitetdən xaric olunan 52 tələbə də müxtəlif səbəblərdən ali təhsildən kənarlaşdırlıb. Akademik borca görə qovulan tələbələr əyani şöbədən 8, qiyabi şöbədən 29 nəfər olub. Dərsə davamiyyətə görə əyani şöbədən 3 tələbə kənarlaşdırılıb. Öz ərizəsi ilə 5 tələbə universitetdən xaric olunub. Eyni zamanda başqa universitetə köçürülən tələbələr də olub - 7  nəfər.

N.Hacıyev bildirib ki, 2009-2010-cu dərs ilində 110 tələbə diplom ala bilməyib. Beləki onlar, buraxılış yekun dövlət imtahanından kecə bilməyiblər. N.Hacıyevin sözlərinə görə, kəsilən tələbələr yenidən imtahan verə bilərlər.

Sədaqət Süleymanova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir