Modern.az

Baş prokururluq korrupsiya şikayətlərini "161" nömrəsində qəbul edir

Baş prokururluq korrupsiya şikayətlərini "161" nömrəsində qəbul edir

3 Mart 2011, 11:04

Korrupsiyaya qarşı mübarizənin yeni müstəvidə daha səmərəli təşkilinin təmin edilməsi, korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması, onların müraciətləri üzrə dərhal təxirəsalınmaz tədbirlər görülməklə korrupsiya hüquqpozmalarının aşkar edilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı fəaliyyətin daha məqsədyönlü təşkili məqsədi ilə, Azərbaycan Respublikası Baş prokurorunun əmri ilə həmin idarənin nəzdində "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzi yaradılıb və onun fəaliyyətini tənzimləyən qaydalar təsdiq olunub.
Martın 3-ü saat 9:00-dan fəaliyyətə başlayan "qaynar xətt" əlaqə mərkəzi istirahət və bayram günləri də daxil olmaqla, sutkada 24 saat fasiləsiz işləməklə, vətəndaşlar tərəfindən korrupsiya hüquqpozmaları barədə şəhərlərarası, respublika daxili və mobil telefonlar vasitəsilə həmin mərkəzə ödənişsiz zəng etmək üçün bütün texniki imkanlar yaradılıb. 
"Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən "qaynar xətt" əlaqə mərkəzinə daxil olmaqla araşdırılması üçün icraata götürülmüş bütün müraciətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə hərtərəfli, tam və obyektiv araşdırmaların aparılması, mərkəzə daxil olan müraciətlər üzrə görülmüş tədbirlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək"-deyə Baş Prokurorluqdan bildirilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir