Modern.az

Onlar ölməsəydilər, Qarabağ işğal olunmazdı...

Onlar ölməsəydilər, Qarabağ işğal olunmazdı...

Hadisə

18 Noyabr 2016, 09:32

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın rəsmi şəxslərinin olduğu helikopter qəzaya uğrayıb. Tarixdə adı daha çox “Qarakənd faciəsi” kimi xatırlanan hadisədən 25 il keçir. Hadisə nəticəsində helikopterin içərisində olan 22 nəfərin hamısı həlak olub.

Qarabağ Azadlıq Təşkilatını sədri Akif Nağı Modern.az-a deyib ki,20 noyabr tarixi Azərbaycanda  “terror qurbanları günü” kimi qeyd olunmalıdır.

“Mən hər dəfə noyabrın 20-də Fəxri Xiyabanda dəfn edilən “Qarakənd faciəsi” qurbanlarının qohumları ilə yanaşı, ictimai-siyasi və dövlət adamlarını da görürəm. Bu da o deməkdir ki, heç kim onları unutmayıb”.

A.Nağı deyir ki, “Qarakənd faciəsi” terror aktı idi.

“Bunun başqa bir adı yoxdur. Mən hesab edirəm ki, bu, birmənalı şəkildə bildirilməli və qəbul olunmalıdır ki, vertolyotda uçanlara qarşı bu hadisəni Ermənistan xüsusi xidmət orqanları  və onların havadarları törədib”.

O, “Qarakənd faciəsi”ndə həlak olanların Azərbaycana və dövlətçiliyimizə çox bağlı olan şəxslər kimi xatırlayıb.

“Onları həmin dövrdə başqa istiqamətlərə yönəltmək üçün müəyyən təzyiqlər vardı. Amma həmin insanlar birmənalı şəkildə Azərbaycanın maraqların heç nəyə qurban vermirdilər. Rəhbərlikdə, hakimiyyətdə bu cür insanların təmsil olunması çox vacib məsələlərdən biridir. Digər tərəfdən isə onların peşəkarlığı və səviyyəsi çox yüksək idi. Onlar əsl dövlət adamları idi.  Həmin şəxslər Azərbaycan üçün çox böyük işlər görə bilərdilər. Bəlkə də Qarabağ probleminin həlli başqa bir istiqamətdə gedə bilərdi”.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır