Modern.az

Ombudsman DTX-nın təcridxanasına qəfil baş çəkib      

Ombudsman DTX-nın təcridxanasına qəfil baş çəkib      

18 Noyabr 2016, 11:55

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

 

Ombudsman Aparatının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, başçəkmədə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri də iştirak ediblər.

 

Başçəkmədə məqsəd müəssisədə saxlanılma şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

 


Başçəkmə zamanı saxlanılma şəraiti ilə yanaşı, qidalanma, tibbi yardım, gəzinti və digər hüquqlarının təminatı vəziyyəti araşdırılıb.


Rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə təkbətək qaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib,  Ombudsmanın səlahiyyətləri və qanunvericiliyin tələbləri izah olunub.
 

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından və müəssisədə saxlanılma şəraitindən şikayət etməyib, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildiriblər.
 

Yekunda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib. 
  
 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi