Modern.az

Deputatdan öz seçicilərinə növbəti jest (FOTOLAR)

Deputatdan öz seçicilərinə növbəti jest (FOTOLAR)

3 Mart 2011, 15:25

Mart ayının 2-də deputat Novruz Aslanov 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputat olan Ərəstun Cavadovla birgə İsmayıllıdakı ofisində sakinlərin qəbulunu keçiriblər.

N.Aslanov və Ə.Cavadov görüşə gələnləri bir yerdə qəbul edib, qaldırılan məsələlər barədə məsləhətləşmələr aparılıb və həlli yolları müəyyənləşdirilib. Müraciətlər əsasən müalicə, işlə təminat, maddi və digər yardımlar ilə bağlı olub. Elə məsələlər olub ki, yerindəcə həll edilib. Həlli zaman tələb edilən məsələlər üçün müvafiq strukturlara müraciətlərin edilməsi nəzərdə tutulub.

“Məlumat üçün bildirək ki, İsmayıllı rayonunun bəzi kəndləri 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi ərazisində yerləşir. Bu baxımdan da hər iki deputatın qəbulu bəzi vaxtlarda bir yerdə keçirilir”-deyə Modern.az-a deputat N.Aslanovun qərargahından bildirilib.

Müraciətlərin bəzilərini diqqətinizə çatdırırıq:

1. Əliyeva Lətifə-İsmayıllı şəhər Uşaq və Ailələrə Dəstək Mərkəzinin sədri, xüsusi qayğı tələb edən uşaqlara yardım məqsədilə sərgilərin keçirilməsi;

2. Kərimov Ağakərim-Qubaxəlilli kəndi, nəvəsinin əməliyyat olunmasına köməklik;

3. Səmədov Rahim-Təzəkənd kəndi, gözlərinin əməliyyatına köməklik;

4. Quliyev Qulu-Kürtmaşı kəndi, maddi yardım;

5. Mürsəlov Məhərrəm-Kəlbənd kəndi, evinin tikilməsinə maddi yardım;

6. Aslanov Mədət-Qubaxəlilli kəndi, oğlunun təhsil haqqının ödənilməsinə köməklik;

7. Məmmədov Nazir-Qubaxəlilli kəndi, sosial yardımla bağlı;

8. Bilalov Allahverdi- Qubaxəlilli kəndi, işlə təminat;

9. Cəbiyev Elnur- Kürtmaşı kəndi, sosial yardımla bağlı;

10. Xalıqov Xalıq-İsmayıllı şəhəri, Beynəlxalq Universiteti bitirmiş oğlunun diplom ala bilməməsi bardə.

 

 

 

 

 

 

 

 

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?