Modern.az

Sabit Bağırovdan manatın taleyi barədə bədbin PROQNOZ

Sabit Bağırovdan manatın taleyi barədə bədbin PROQNOZ

İqtisadiyyat

18 Noyabr 2016, 13:11

“Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi və milli valyutaların dollar qarşısında ucuzlaşması qlobal iqtisadi böhrana səbəb olmayacaq. Neftin bir barelinin qiyməti ilin sonuna  qədər 40-45 dollar civarında ola bilər”. Bunu Modern.az-a açıqlamasında SOCAR-ın keçmiş prezidenti Sabit Bağırov deyib.

 

İqtisadçı manatın məzənnəsinin dollar qarşısında kəskin ucuzlaşmasını da şərh edib.

 

“Statistik rəqəmlər göstərir ki, ölkəyə idxal azalıb. İdxal getdikcə ixraca yaxınlaşsa, manatın qiymətində müəyyən stabillik görəcəyik. Daha doğrusu, manatın qiymətinin qalxması yox, onun məzənnəsinin sabit qalacağı gözlənilir. Amma hələ ki, problemlər qalır. Bu problemlərin həllinə qədər manatın dollar qarşısında ucuzlaşmasını müşahidə edəcəyik”-deyə o qeyd edib.

Sabit Bağırov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər etməsinə də münasibət bildirib. Onun fikrincə, bu addım yerli istehsalın artırılmasına yönəlsə də, proses bir qədər uzanacaq.

“Bu, hələ uzun illərin işidir”.

 

Nazirlər Kabinetinin qərarına əsasən,  ağ sementin 1 kiloqramına 0,07 ABŞ dolları, kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan və ya analoji silisium oksidi süxurlarından keramika məmulatlarının (məsələn, kizelqur, tripolit və ya diatomitdən) 1 kiloqramı üçün 0.04 ABŞ dolları, inşaat kərpiclərinin 1000 ədədi üçün 100 ABŞ dolları gömrük idxal rüsumu tutulacaq.

Bundan başqa, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilərin bir litri üçün 0,7 ABŞ dolları gömrük rüsumu tələb olunacaq.

 

Dəyişikliyə əsasən, qoz-fındığın təzə və ya qurudulmuş, qabığı təmizlənmiş və ya təmizlənməmiş, qabıqla və ya qabıqsız bir kiloqramı üçün 1.5 ABŞ dolları, soğanın bir kiloqramı üçün 0,2 ABŞ dolları, xiyarın bir kiloqramı üçün 0,4 ABŞ dolları gömrük idxal rüsumu müəyyənləşib.

Toyuq yumurtasının 1000 ədədi üçün 100 ABŞ dolları, ev quşlarının əti və ət əlavələrinin bir kiloqramı üçün 1 ABŞ dolları gömrük idxal rüsumu tutulacaq.

Qərar iki il müddətində qüvvədə olacaq.

 

Aqşin KƏRİMOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir