21 noyabr 2017, Çərşənbə
Ana Səhifə - QARABAĞ - Azərbaycan “İsgəndər” raketləri ala bilər - AÇIQLAMA       
Azərbaycan “İsgəndər” raketləri ala bilər - AÇIQLAMA       
18.11.2016, 14:12

“Serj Sarkisyan qələt edir. Onun çıxışları və absurd təklifləri Ermənistanın ənənəvi oyunudur. Sarkisyan istəyir ki, Azərbaycan onların işğalı ilə barışsın”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.

O, Ermənistan prezidentinin Bakı və Yerevan arasında “qaynar xətt”in yaradılması təklifini şərh edərkən bildirib ki, Sarkisyanın bu barədə dedikləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti dondurmağa xidmət edir.

“Azərbaycan deyib ki, torpağımızdan rədd olmayınca, burada atəşkəsin pozulmasını araşdırmaq və “qaynar xətt”dən söhbət gedə bilməz. Ermənistan sırtıqcasına gəlib torpaqlarımızda təlimlər keçir. Sarkisyan isə hələ həyasızcasına deyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü  tanıyır”.

Rasim Musabəyov Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın cəbhə xəttindəki insidentləri araşdırmaq üçün kameralar quraşdırılması ideyasının Rusiyaya məxsus olmasına diqqət çəkməsinə də münasibət bildirib. 

 

“Onlar Ermənistanı dəstəkləyir. Əvvəla, Donbasda müşahidə sistemi qurulub. Orada ATƏT-in xeyli sayda müşahidəçisi var. Amma atəşkəsin pozulmasının qarşısını ala bilmirlər. Hamısı istəyir ki, vəziyyət dondurulmuş vəziyyətdə qalsın və Azərbaycan torpaqlarını Ermənistana bağışlasın. Bu isə mümkün deyil”.

 

Ekspert “Azərbaycan da “İsgəndər” raketləri ala bilərmi” sualına isə belə cavab verib.

 

“Azərbaycan hərbi doktrinasına uyğun olan silah ala bilər. Azərbaycana “İsgəndər” raketləri, ya da bu tipli silahlar lazım olsa, onu da alacaq. “İsgəndər”in Pakistan modifikasiyası da var. Bizim imkanımız var ki, “İgəndər”dən də daha uzaq məsafəyə vuran raketlər alaq. Ancaq mahiyyətcə hələlik buna ehtiyac yoxdur. Biz əslində Naxçıvan ərazisindən Ermənistanın hər bir yerini daha qısamənzilli raketlərlə vura bilərik. “Smerç”lər və “Toçka-U”larla Naxçıvandan Ermənistanı rahatlıqla vurmaq olar. Lazım olarsa, Qazaxdan da “Toçka-U”larla Gümrüyə  əlimiz çatır. Amma buna ehtiyac olub-olmadığını hərbçilərimiz müəyyənləşdirməlidir”.


Ermənistan prezidenti Serj Sarkisyan Bakı və Yerevan arasında “qaynar xətt”in yaradılmasını təklif edib.

 

O, bunun sayəsində Qarabağda baş verən hadisələrə operativ müdaxilə etməyin mümkün olacağını deyib.

“Əgər müsbət nəticələr verərsə, bu addıma razıyıq. Məsələn, təmas xəttində atışma olub və bizim məlumatımıza görə atəş açan Azərbaycan tərəfidir. Mən telefonu götürüb Azərbaycan prezidentinə zəng edirəm və insident barədə məlumat verirəm. O isə bu məlumatı yoxlayır”.

Sarkisyan 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Azərbaycan müdafiə naziri ilə aralarında "qaynar xətt"in olduğunu da bildirib.

 

Aqşin KƏRİMOV 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte
21.11.2017, 21:29

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi
21.11.2017, 21:16

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI
21.11.2017, 21:00

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı
21.11.2017, 20:42

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı

Zimbabve prezidenti istefa verdi - Video
21.11.2017, 20:28

Zimbabve prezidenti istefa verdi - Video

Toydan qayıdan iki maşın qəzaya düşdü: 12 yaralı
21.11.2017, 20:15

Toydan qayıdan iki maşın qəzaya düşdü: 12 yaralı

Paytaxtın bu rayonu qazsız qalacaq
21.11.2017, 20:02

Paytaxtın bu rayonu qazsız qalacaq

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib
21.11.2017, 19:50

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib

Ən təhlükəli parollar açıqlandı
21.11.2017, 18:58

Ən təhlükəli parollar açıqlandı

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”
21.11.2017, 18:52

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ
21.11.2017, 18:41

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”
21.11.2017, 18:21

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”

Jirinovski Rusiya prezidenti olmaq istəyir
21.11.2017, 18:04

Jirinovski Rusiya prezidenti olmaq istəyir

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”   
21.11.2017, 17:59

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”  

BDU müəllimlərin maaşını qaldırdı
21.11.2017, 17:53

BDU müəllimlərin maaşını qaldırdı

Saakaşvilinin işinə baxan hakim qovuldu
21.11.2017, 17:51

Saakaşvilinin işinə baxan hakim qovuldu

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü   
21.11.2017, 17:39

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü  

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi
21.11.2017, 17:31

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”
21.11.2017, 17:27

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”

Amerikalı alim Aşıq Şəmşir muzeyində
21.11.2017, 17:19

Amerikalı alim Aşıq Şəmşir muzeyində

Dolların sabahkı məzənnəsi
21.11.2017, 17:19

Dolların sabahkı məzənnəsi

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…
21.11.2017, 17:07

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…

Misir Kiprdəki tarixi əsərləri geri alır
21.11.2017, 17:07

Misir Kiprdəki tarixi əsərləri geri alır

21.11.2017, 16:51

"Bəzi nazirlikləri ləğv etmək vaxtıdır" - ZAHİD ORUC

Azərbaycan XİN Bako Saakyanın Fransaya səfərinə etiraz etdi
21.11.2017, 16:44

Azərbaycan XİN Bako Saakyanın Fransaya səfərinə etiraz etdi

İran Aşıqlar Birliyindən Azərbaycan Aşıqlar Birliyinin sədrində SƏRT CAVAB
21.11.2017, 16:37

İran Aşıqlar Birliyindən Azərbaycan Aşıqlar Birliyinin sədrində SƏRT CAVAB

“Azərbaycanın xaricdəki bəzi səfirlikləri bağlansın”
21.11.2017, 16:30

Azərbaycanın xaricdəki bəzi səfirlikləri bağlansın

İsgəndər Həmidov partiyasına qurultay keçirə bilmir
21.11.2017, 16:18

İsgəndər Həmidov partiyasına qurultay keçirə bilmir

Putin dünya jurnalistlərinin qarşısına çıxacaq
21.11.2017, 16:18

Putin dünya jurnalistlərinin qarşısına çıxacaq

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
21.11.2017, 16:09

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub

Bakı Olimpiya Stadionundan azarkeşlərə MÜRACİƏT
21.11.2017, 16:03

Bakı Olimpiya Stadionundan azarkeşlərə MÜRACİƏT

35 milyard dollara inşa edilən avtomobilsiz şəhər - FOTOLAR
21.11.2017, 15:45

35 milyard dollara inşa edilən avtomobilsiz şəhər - FOTOLAR

Ermənistan 160 hərbi texnikasını məhv edəcək
21.11.2017, 15:43

Ermənistan 160 hərbi texnikasını məhv edəcək

Azərbaycanda 10 xalça istehsalı müəssisəsi tikiləcək
21.11.2017, 15:38

Azərbaycanda 10 xalça istehsalı müəssisəsi tikiləcək

Daha bir avtobus marşrutunda dəyişiklik
21.11.2017, 15:31

Daha bir avtobus marşrutunda dəyişiklik

ARXİV