Modern.az

Etibar Məmmədov: “Monopoliyanı dağıtmaq üçün ciddi qanunlar tələb olunur”

Etibar Məmmədov: “Monopoliyanı dağıtmaq üçün ciddi qanunlar tələb olunur”

Ölkə

3 Mart 2011, 12:22

“Korrupsiyaya qarşı kosmetik mübarizə ilə bu problemin qarşısını almaq olmaz. Ölkədə sistem dəyişikliyi olmalıdır”.
Bu sözləri Modern.az-a AMİP lideri Etibar Məmmədov son günlər aparılan prosesə münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, kosmetik dəyişikliklərlə ciddi nəticələrə nail olmaq çətindir. E. Məmmədov bu bəlaya qarşı effektiv mübarizənin aparılması üçün ictimai nəzarət sisteminin vacib olduğunu deyib. AMİP lideri ölkədə movcud olan monopoliyanın ölkənin inkişafı üçün ciddi problemlər yaratdığını bildirib.
“Ölkədə müşahidə olunan rəsmi və qeyri rəsmi monopoliyanın dağıdılması üçün qanunvericiliyə ciddi dəyişikliklər edilməlidir”-deyə E.Məmmədov vurğulayıb. 


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı