Modern.az

Bütün valyutalar dollar qarşısında ucuzlaşır - Təhlil

Bütün valyutalar dollar qarşısında ucuzlaşır - Təhlil

İqtisadiyyat

18 Noyabr 2016, 22:13

ABŞ-da bu il noyabrın 8-də keçirilən prezident seçkilərindən sonra dolların möhkəmlənməsi dünyanın əksər valyutalarının məzənnəsinə mənfi təsir göstərib. Modern.az saytı xəbər verir ki, "Report"un analitik qrupu bir neçə əsas valyutanın son 10 gündə dollarla müqayisədə vəziyyəti ilə bağlı monitorinq aparıb. Bu nəticəyə gəlinib ki, Britaniya funtu istisna olmaqla, bütün valyutalar devalvasiyaya məruz qalıb.

ABŞ prezidentinin açıqlamalarından sonra bu valyutalar arasında ən çox ucuzlaşan Meksika milli valyutası olub - 12,3%. Ən az devalvasiyaya məruz qalan pul vahidi isə bizim hazırladığımız cədvəldə Qazaxıstan tengesidir - 1,47%.

Britaniya funtunun bahalaşmasına səbəb "Brexit"dən sonra bu valyutanın dollarla müqayisədə 20%-dək ucuzlaşması göstərilir.

Qeyd edək ki, dolların möhkəmlənməsinin ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırılır.

 

Ölkələr

Val.Cütlüyü

8noyabr

18noyabr

fərq%

Türkiyə

USD/TRY

3,155

3,4

7,77

Rusiya

USD/RUB

63,76

65

1,94

C.Afrika

USD/ZAR

13,19

14,6

10,69

Meksika

USD/MXN

18,3

20,55

12,30

Polşa

USD/PLN

3,93

4,2

6,87

Singapur

USD/SGD

1,3864

1,4288

3,06

Norveç

USD/NOK

8,23

8,6

4,50

C.Koreya

USD/KRW

1129

1186

5,05

Braziliya

USD/BRL

3,17

3,44

8,52

Argentina

USD/ARS

14,95

15,5

3,68

Qazaxıst

USD/KZT

340

345

1,47

 

 

 

 

 

Avrozona

EUR/USD

1,102

1,06

3,81

İngiltərə

GBP/USD

1,238

1,241

-0,24

Yaponiya

USD/JPY

105

110

4,76

Azərbayc

USD/AZN

1,6686

1,7091

2,43

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!