Modern.az

«İnqilab» mətbəxi...

«İnqilab» mətbəxi...

3 Mart 2011, 13:29

- Neftin qiyməti çox aşağı düşüb cənab Con.
- Nə edək? Bütün variantları gözdən keçirdik. Bir şey çıxmır.
- Yox cənab Con nəsə fikirləşməliyik.
- Əslində bir fikrim var amma…
- Nə amma?
- Bir az qorxuludur.
- İraqdan, Əfqanıstandan da qorxulu?
- Demək olar.
- Cənab Con o qədər işlər gördük, qanlar töküldü yəni bundan sonra da nədənsə qorxursunuz. Onsuz da ölən kimdir ki, qara müsəlman. Əsas odur ki, biz təhlükədən kənarıq.
- Bilirsən, təcili inqilab maşınını işə salmalıyıq. Axı bilirsən ki, Misirdə, Tunisdə, Liviyada demokratiya məhduddur. (Hər ikisi gülür) İnsanlara azadlıq vermək lazımdır elə deyilmi?
- Bəli cənab Con elədir.
- Onda gəl ilk olaraq başlayaq Tunisdən.
- Başlayaq.

3 gün sonra….

- Cənab Con sizin fikirlərinizə heyranam. Xəbəriniz var da neftin qiyməti 100 dolları keçdi.
- Hələ bu azdır. Növbədə Misir var.
- Axı Mübarək bizim adamdır.
- O artıq qocalıb. Köhnəlib. Dəyişmək lazımdır.
- Düzdür cənab Con, dəyişək.

18 gün sonra

- Cənab Con işlər yaxşı gedir. İndi növbə kimindir?
- Qəddafi
- Oho çox çətin olacaq.
- Bacararıq.
- Bacararıq.
- Bəs növbəti hədəf haradır?
- Baxarıq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir