Modern.az

Milli Məclisin Komitə sədri: “İctimai Palata uşaq oyuncağıdır”

Milli Məclisin Komitə sədri: “İctimai Palata uşaq oyuncağıdır”

Parlament

3 Mart 2011, 13:53

Rəbiyyət Aslanova: “İsa Qəmbərin açıqlaması qeyri-ciddilikdən başqa bir şey deyil”

Müsavat başqanı İsa Qəmbərin İctimai Palatanın alternativ parlament kimi qiymətləndirməsi Milli Məclisin komtə sədrləri tərəfindən mənfi qarşılanıb. Milli Məclisin İnsan huquqları komitəsinin sədri Rəbiyyət Aslanova Modern.az –a açıqlamasında Müsavat başqanının bu fikirlərini “qeyri-ciddi” adlandırıb. Onun sözlərinə görə, parlament xalq tərəfindən seçilir və bu gün vətəndaşların səs verib formalaşdığı qanunverici orqan ortadadır.
“Milli Məclisin alternativini necə yaratmaq olar? Odur ki, belə açıqlamalar qeyri-ciddilikdən başqa bir şey deyil”-deyə komitə sədri vurğulayıb. 

Bununla bərabər R.Aslanova müxalifətin cəmləşdiyi İctimai Palataya qarşı ironiyasını da gizlətməyib.
“Azərbaycanın bütün vətəndaşlarına hüquqlar verilib. Odur ki, müxalifətçilər senat da, konqres də yarada bilərlər. Məsələ elədir ki, onların artıq kifayət qədər yaşları var. Bu yaşda belə qeyri-ciddi işlərlə məşğul olmaq sadəcə gülüş doğurur. İctimai Palata onlar üçün uşaq oyuncağıdı. Qoy oynasınlar”.

Deputat qeyd edib ki, bu quruma cəmləşən müxalifətçilər İctimai Palatanı özləri dağıdacaqlar.

Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov da bü məsələni qeyri-ciddi hesab edərək münasibət bildirmək istəmədiyini söyləyib.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai Palatanın perspektivini şərh edərkən onu “Milli Məclisə alternativ qurum” adlandırıb. 
“İctimai Palatanın əsas məqsədi demokratik düşərgəni toparlamaq və notariat kontoruna bənzəyən mövcud Milli Məclisə alternativ yaratmaqdır. Mən inanıram ki, İctimai Palata bu funksiyaları yerinə yetirir və yetirə biləcək”-deyə Müsavat başqanı deyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür