Modern.az

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTO 

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTO 

Mədəni̇yyət

19 Noyabr 2016, 12:42

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil. 

Bəzilərinin oxşarı isə Azərbaycanda yaşamır. İndiyədək yalnız hər ikisi Azərbaycanda yaşayan oxşarlardan bəhs etmişik. Budəfəki təqdimatımızın qəhrəmanları da Azərbaycanda tanınıblar.

O, bir aktyor kimi “Bəxt üzüyü” filmindəki Moşu obrazı ilə məşhurlaşıb. Yəqin bildiniz söhbət kimdən gedir. Bu dəfə xalq artisti, tanınmış aktyor Valeh Kərimovun oxşarını tapmışıq.

Valeh Kərimov 1944-cü il mart ayının 20-də Cənubi Azərbaycanın Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini Sumqayıt Teatrı ilə bağlayıb. 1990-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2000-ci ildə isə xalq artisti fəxri adına, həmçinin, Prezident mükafatına layiq görülüb.
1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
V.Kərimov həm də rejissor kimi də fəaliyyət göstərir. Teatrda işlədiyi dövrdə 70-ə yaxın obrazlar yaradıb.
V.Kərimov 2015-ci ildən  etibarən Gəncə Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərir.[


Valeh Kərimovun oxşarını da şübhəsiz ki, tanıyanlar çoxdur. Azərbaycanın elm aləmindən xəbərdar olanlar bu alimi tanımamış olmazlar. Söhbət akademik Fikrət Əliyevdən gedir.

Fikrət Əliyev 13 avqust 1949-cu ildə Ermənistan Respublikasının Mehri rayonunun Nüvədi kəndində doğulub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə aspiranturanı bitirib. Həmin il Ukrayna Elmlər Akademiyasnın Riyaziyyat İnstitutunda (Kiyev) namizədlik dissertasiyasını müdafiə edib, 1990-cı ildə Moskva şəhərində VNİİŞİ – də fizika-riyaziyyat elmləri doktoru dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə edib.
1975-ci ildən 1992-ci ilədək Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda kiçik, baş elmi işçi, 1992-93-cü illərdə İstanbul Texniki Universitetinin (Türkiyə) professoru olub.
Fikrət Əliyev 1993-cü ildən indiyədək BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin direktoru və «Obrazların tanınması və informasiyaların işlənməsi» şöbəsinin müdiri vəzifələrində calışır. 1993-cü ildə Amerika Riyaziyyat Cəmiyyətinin, 1996-cı ildən Ümumdünya Kompüter Assosiasiyasının və 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür.


Valeh Kərimovla Fikrət Əliyevin üz cizgilərində, saç quruluşlarında oxşarlıq çoxdur.


Aşağıdakı şəkilə siz də diqqətlə baxın, necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki?..



A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır