Modern.az

Azərbaycanın QHT rəhbərləri Parisə gediblər (FOTO)

Azərbaycanın QHT rəhbərləri Parisə gediblər (FOTO)

3 Mart 2011, 14:21


Fransanın paytaxtı Paris şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 5-ci beynəlxalq konfrans keçirilir. Konfransda Azərbaycanı həm hökumət, həm də vətəndaş cəmiyyəti üzvlərindən ibarət nümayəndə heyətləri iştirak edəcək. Tədbirdə hökuməti Neft Fondunun Mədən sənayesində şəffaflıq təşəbbüsü üzrə katibliyin rəhbərliyi təmsil edir.
Vətəndaş cəmiyyətindən isə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvləri MHŞT Koalisiyasının  koordinatoru Qubad İbadoğlu, Koalisiyanın Şura üzvləri Sabit Bağırov, Əliməmməd Nuriyev, Razi Nurullayev, İlham Hüseynli və İnqilab Əhmədov təmsil olunur.

Konfransda çıxış edən Qırğızıstanın hazırkı prezidenti Roza Otunbayeva öz ölkəsinin bu sahədəki uğurlarından, əvvəlki hakimiyyət dövründə baş verən korrupsiyadan danışıb və vəd verib ki,  mədən sənayesi gəlirlərinin aşıqlanmasında hökümət vətəndaş cəmiyyəti ilə birgə işlmək fikrindədir. Konfransda çıxış edənlər MHŞT-nin genişləndirilməsinə dair müxtəlir təkliflərlə çıxış ediblər. Onlar təklif ediblər ki, MHŞT çərçivəsinə kontraktların şəffaflığı və xərclərin səmərəliliyi məsələləri də daxil edilməlidir. Konfransda həmçinin Azərbaycanda fərdi hesabatlığa keçid məsələləri müzakirə olunub. Artıq bunun üçün konkret işlərin görülməsinin vacibliyindən danışılıb.

Konfransa elan edilib ki,  dünən keçirilən beynəlxalq İdarə Heyətinin qərarı ilə xüsusi qiymətləndirmə prosesindən keçmiş 6 ölkəyə (Norveç, Qırğızıstan, Nigeriya, Yəmən, Niger, Mərkəzi Afrika Respublikası) tamhüquqlu üzv statusu verilib.

İki yeni ölkəyə isə (Qvatemala və Trinidad və Tobaqo) namizədlik statusu verilib.

Konfransa Tanzaniya prezidenti də iştirak edib. Eyni zamanda konfransa Fransa prezidenti Sarkozinin də gələcəyi gözlənilir. Bu gün eyni zamanda konfransda Corc Soros da çıxış edəcək.

Əlavə olaraq da, neftlə zəngin olan, yəni  dövlət gəlirlərində mədən sənayesinin payı 25 faizdən çox olan ölkələrin nazirləri, eyni zamanda mədən sənayesi, energetika, neft nazirləri, fond rəhbərləri tədbirə qatılıb. Tədbirdə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu  və digər  dünyanın aparıcı təşkilatlrı yüksək səviyyədə təmsil olunur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?