Modern.az

Türkiyə səfirliyinin yeni sözçüsü: "Bakını köhnə şəhər kimi təsəvvür edirdim..."

Türkiyə səfirliyinin yeni sözçüsü: "Bakını köhnə şəhər kimi təsəvvür edirdim..."

Media

3 Mart 2011, 14:29

“Bakını köhnə şəhər kimi təsəvvür edirdim, amma olduqca böyük və müasir şəhərdir”. Bu sözləri Modern.az saytına açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin yeni rəhbəri Yavuz Bayram Maraş deyib. O bildirib ki, Bakını çox bəyənib.
“Doğrusu bu qədər böyük şəhər, hündür binaların olduğunu bilmirdim. Bir az köhnə təssəvür edirdim”.

Y.B.Maraş bildirib ki, yeni işinə uyğunlaşmaqda ona burdakı dostları və jurnalistlər kömək edirlər. Mətbuat katibinin sözlərinə görə, onun Bakıdakı iş müddəti 6 ay olacaq. Yavuz Bayram Maraş bu müddətin olduqca qısa olması qənaətindədir. “Düşünürəm ki, gələcək həmkarlarımın Bakıda iş müddəti artırılacaq”. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir