Modern.az

Rektor iki məmura «Universitetin dostu» mükafatı verdi (FOTO)

Rektor iki məmura «Universitetin dostu» mükafatı verdi (FOTO)

3 Mart 2011, 15:48


Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən elan edilmiş «Ekologiya ili» çərçivəsində ölkə ali təhsil sistemində ilk olaraq bu gün Bakı Dövlət Universitetində bu ali təhsil ocağının rektoru, akademik Abel Məhərrəmov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov və digər rəsmi qonaqların iştirakı ilə Ekologiya və torpaqşünaslıq fakültəsinin təntənəli açılış mərasimi keçirildi. Eyni zamanda «Ekoloji monitorinq» üzrə elmi-tədris laboratoriyasının, «Ekoloji kimya və ətraf mühitin mühafizəsi» elmi-tədqiqat laboratoriyasının və  kompyuter otağının da açılışı oldu.

Açılış mərasimində çıxış edən Abel Məhərrəmov tədbiri açaraq, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışdı, yeni fakültə və laboratoriyaların əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, Ekologiya və torpaqşünaslıq fakültəsi fəaliyyətdə olan müvafiq kafedralar əsasında yaradılıb. Yeni yaradılmış  və müasir avadanlıqlarla təchiz olunmuş fakültədə bakalavr pilləsi üzrə 3 ixtisas - “Ekologiya”, «Torpaqşünaslıq və aqrokimya», «Yer quruluşu, torpaq və şəhər kadastrı» ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da çıxış edərək yeni yaradılmış fakültənin əhəmiyyətindən bəhs etdilər və universitetin Təkamül-təlimi muzeyinə dəyərli hədiyyələr təqdim etdilər.

Abel Məhərrəmov Bakı Dövlət Universitetinin əməkdaşları və tələbələrində ekoloji təsəvvürlərin daha da genişləndirilməsindəki xidmətlərinə və elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova, torpaqşünaslıq, kadastr elminin, ekoloji biliklərin daha da inkişafındakı xidmətlərinə və  elmə, təhsilə göstərdiyi qayğıya görə Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova «Universitetin dostu» mükafatını təqdim etdi.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir