Modern.az

Telman İsmayılovun qardaşı həbs olundu

Telman İsmayılovun qardaşı həbs olundu

21 Noyabr 2016, 10:41

Rafiq İsmayılov biznesmenləri güllələməkdə ittiham olunur

 

Azərbaycan əsilli iş adamı Telman İsmayılovun qardaşı Rafiq İsmayılov saxlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, ticarət kompleksinin sahibi Vladimir Savikini və “Lyublino motors”un həmtəsisçisi Yuri Brilyovu güllələməkdə şübhəli bilinir.

 

Bu iki qətl 2016-cı il mayın 16-da Moskva ətrafındakı Novorijski şossesində baş verib. İsmayılov və onun yardımçısı olan Mehman Kərimova artıq qətllə bağlı ittiham elan edilib.

 

İstintaq Komitəsinin məlumatına görə, güllələnməyə səbəb Rafiq İsmayılov və Vladimir Savkin arasında maliyyə mübahisəsi ola bilər. “Lyublino motors”un təsisçisi təsadüfən qurban gedib.

İstintaq sübut edib ki, Rafiq İsmayılov qətl yerinə əvvəlcədən tutduğu killeri – Mehman Kərimovu gətirib.

Oliqarx Telman İsmayılovun doğma qardaşı görüş yerinə killerlə və öz oğlu Raul İsmayılovin “Mercedes”i ilə gəlib.

Saxlanılan killer öldürülən Vladimir Savkinlə mayın 16-da Novorijski şossesində AZS BP-nin yanında görüş təyin edib. Savkin təsadüfən özü ilə görüşə Yuri Brilyovu da gətirib.

Biznesmenlərin gəlişinə bir neçə dəqiqə qalanda Raula məxsus “Mercedes” yanacaqdoldurma məntəqəsinə daxil olub. İstintaq müəyyənləşdirib ki, avtomobildə kilerlə yanaşı, Rafiq İsmayılov da olub. Bunu müşahidə kamerası da qeydə alıb.

Kameraya düşən video yazılarla müəyyən edilib ki, “Mercedes” yanacadoldurma məntəqəsindən bir aralıda dayanıb ki, biznesmenlər onun içərisində rafiq İsmayılovun olduğunu görməsinlər.

“Biznesmen Vladimir Savkinlə görüşə yalnız Mehman Kərimov gedib və qısa söhbətdən sonra killer özünün “Toyota-Lend Kruzer” avtomobilinə oturaraq vilayət tərəfə gedib. 40 saniyə sonra onun arxasında həmin Rafiq İsmayılovun olduğu “Mercedes” də hərəkət edib”, - hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Artıq yanacaqdoldurma məntəqəsindən bir neçə kilometr aralıda “Toyota”nın salonunda biznesmenləri güllələnmiş vəziyyətdə tapılıblar. 

Onların hər ikisi başlarından vurulublar. Bundan az sonra şübhəli Mehman Kərimov saxlanılıb. O, günahını boynuna alıb. Ancaq sonradan müəyyən edilib ki, Mehman Kərimov biznesmenləri güllələmzədən əvvəl bir neçə dəfə arxasınca gələn avtomobildəki Rafiq İsmayılovla telefonla əlaqə saxlayıb.

Mehman Kərimov saxlanılandan sonra deyib ki, Savkin ona 500 min dolar borclu olub, buna görə də onu öldürüb. Ancaq istintaq aydınlaşdırıb ki, münaqişə Kərimovla savkin arasında yox, öldürülənlə Rafiq İsmayılov arasında olub.

Savkinlə İsmayılov Moskvadan böyük ticarət-əyləncə kompleksinin sahibləri olublar. İsmayılov biznesini satıb və bütün pulu özünə götürüb. O, öldürülənə bir neçə milyon borclu qalıb, Savkin borcu geri qaytarmağa cəhd edib.

Mehman Kərimov isə bu münaqişədə vasitəçilik edib və öz qurbanları ilə görüşə münaqişənin həll olunmasında danışıq aparan tərəf kimi gəlib.

Qeyd edək ki, Rafiq İsmayılov həbs olunsa da, günahını inkar edir. Bununla belə, etiraf edir ki, killerin və biznesmenlərin görüşü zamanı həmin yanacaqdoldurma məntəqəsində olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir