Modern.az

Tural Müseyibova yeni vəzifə verildi

Tural Müseyibova yeni vəzifə verildi

Media

21 Noyabr 2016, 12:10

Dövlət Dəniz Administrasiyasına yeni mətbuat katibi təyin olunub.

 

Modern.az-ın məlumatına görə, bu vəzifəyə keçmiş telejurnalist Tural Museyibov təyinat alıb. T.Museyibov bildirib ki, yeni işində media nümayəndələri ilə sıx əlaqədə işləməyə davam edəcək.

 

Qeyd edək ki, Tural Museyibov bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xitmətində və Muğan Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb. 

Daha əvvəllər isə uzun müddət “Space” televiziyasında xəbər aparıcısı kimi fəaliyyət göstərib.

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi