Modern.az

Şabran “Əfsanələr Paytaxtı”, Lənkəran “Folklor Paytaxtı”, İsmayıllı “Sənətkarlıq Paytaxtı” kimi...

Şabran “Əfsanələr Paytaxtı”, Lənkəran “Folklor Paytaxtı”, İsmayıllı “Sənətkarlıq Paytaxtı” kimi...

Təhsil

3 Mart 2011, 17:15

Bu gün  Muzey Mərkəzində 2011-ci il üçün “Xalq Yaradıcılığı Paytaxtları”nın təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki,  Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədi ilə həyata keçirdiyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən, 2011-ci ildə  Şabran şəhəri “Əfsanələr Paytaxtı”, Lənkəran şəhəri  “Folklor Paytaxtı”, İsmayıllı şəhəri isə “Sənətkarlıq Paytaxtı” elan olunub. Bu üç şəhərlərin “Xalq Yaradıcılığı Paytaxtları” elan olunması ilə əlaqədar il ərzində Şabran, Lənkəran və İsmayıllıda nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və s. tədbirlərin təşkili nəzərdə tutulub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ötən ildən həyata keçirilən bu layihəni əhali yüksək səviyyədə qarşılıyacaq. Onun sözlərinə görə,  layihənin 2014-cü ilə qədər davam etdirilməsi planlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır