Modern.az

2017-ci ilin təhsil və səhiyyə xərcləri artırıldı

2017-ci ilin təhsil və səhiyyə xərcləri artırıldı

21 Noyabr 2016, 13:56

2017-ci ilin təhsil və səhiyyə xərcləri bəlli olub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi” layihəsində bildirilib.

Layihəyə əsasən, gələn ilin dövlət büdcəsindən səhiyyə və təhsil xərcləri artırılıb.

Gələn il üçün Səhiyyə Nazirliyinə 2 111 158 manat vəsait ayrılacaq. 2016-cı ildə isə səhiyyə xərcləri 1 876 023 manat olub. Bu isə 2016-cı il ilə müqayisədə 235 135 manat çoxdur.

 

Təhsil Nazirliyinə 2017-ci ildə 9 292 955 manat ayrılıb. 2016-cı ildə isə bu rəqəm 8 210 634 manat olub.

2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 1 082 321 manat çoxdur.

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır