Modern.az

Hökumət gələn il 15 milyon yarım dəfnpulu xərcləyəcək

Hökumət gələn il 15 milyon yarım dəfnpulu xərcləyəcək

İqtisadiyyat

21 Noyabr 2016, 14:02

Gələn il Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF)  büdcəsinin gəlirləri 3 milyard 400 milyon manat, xərcləri də elə bu qədər nəzərdə tutulub.

Modern.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üzrə büdcə layihəsində qeyd edilib. 

Sənəddə bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcə xərclərində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 22 600 000, hamiləliyə və doğuşa görə 28 100 000, uşağın anadan olmasına görə 7 200 000,  3 yaşına çatanadək uşaqlara qulluqla əlaqadar  13 400 000, dəfn üçün 15 500 000, işsizliyə görə 17 600 000 manata yaxın vəsait nəzərdə tutulub. 

DSMF-nin gələn ilki büdcəsindən sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına 14 880 000, sığortaolunanaların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə 320 000 manat yönəldiləcək.     


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı