Modern.az

Mingəçevirdə yeni Media Mərkəzi açılıb

Mingəçevirdə yeni Media Mərkəzi açılıb

Media

3 Noyabr 2009, 19:08

Noyabrın 6-da Mingəçevir şəhərində Media Mərkəzinin rəsmi açılışı olacaq. Mərkəzin açılmasında məqsəd ictimai və sosial problemlərin həllində vətəndaş təşəbbüslərinə diqqəti artırmaqla bağlı müzakirlərin təşkil edilməsi, ictimaiyyətin məlumatlandırılması, dəyirmi masaların, debatların təşkilidir.
«Mingəçevir işıqları» qəzetinin ABŞ səfirliyi ilə birgə layihəsi əsasında yaradılan Media Mərkəzində ictimaiyyətlə əlaqə yolları, yerli icmaların müstəqil fəaliyyət imkanları və beynəlxalq təcrübə ilə tanışlığı, regional medianın problemləri və onların həlli çıxış yolları, həmçinin KİV-in inkişafı üçün yeni layihələr hazırlamaq, internet vasitəsi ilə müzakirlərin aparılması nəzərdə tutulub.
«Mingəçevir İşıqları» qəzetinin redaktoru Fərman Nəbiyev 2009-cu il noyabrın 6-da Mərkəzin rəsmi açılış mərasiminin keçiriləcəyini bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində yerli telekanalda bələdiyyə seçkilərinə dair tok-şounun keçirilməsi, ictimai və sosial mövzularda dəyirmi masaların təşkili, region mediasının inkişafı il bağlı ekspertlərin iştirakı ilə konfransın təşkili nəzərdə tutulur.
F.Nəbiyev müddəti 7 ay olan layihənin ABŞ-ın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyasının kiçik qrantlar proqramı üzrə reallaşdığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir