Modern.az

Özünü İmam Mehdiyə bənzədən şarlatan...

Özünü İmam Mehdiyə bənzədən şarlatan...

3 Mart 2011, 17:21

Bir neçə gündür sosial şəbəkələrin birində Harun Yəhyanın(Adnan Oktar) ermənilər haqqında söylədiklərini əks etdirən görüntülər Azərbaycanda Harun Yəhya sevənləri əməlli başlı məyus edib. Guya ki, massonlarla və darvinizmlə mübarizə aparan bu dinbaz,  yayımlanan video görüntülərdə ermənilərdən qardaş deyə söz açır  və öz dili ilə desək “ermənilərin yapdığı iddia edilən” Xocalı faciəsinin belə unudulmasını arzulayır. Xatırladım ki o, öz proqramlarında arxa fona  Azərbaycan bayrağı qoydurur və  mutəmadi olaraq Türk dünyasının birlik və bərabərliyindən dəm vurur...                                                 
Öz müridlərinə cild-cild kitablar yazdırıb özünü müəllif kimi qələmə verən Harun Yəhyanın  bayrağımızla eyni kadrda görünməsi belə bizim ücün təhqirdir. Cunki özünü İmam Mehdiyə bənzədən bu şarlatan öz exlaqsızlıqlari ve seks kasetəri vasitəsı ilə etdiyi şantajlarla Türkiyədə məhşurdur(Bu yaxınlarda cübbəli Əhməd hoca deyə  tanınan bir təriqət lideri də da onun qurbanı olmuşdu). Harun Yəhyanın bu görüntülərini izləyərkən təxminən bir il bundan əvvəl baş vermiş bu hadisəni xatırladım.       
Bir gün cox hörmət etdiyim və sayqı duyduğum bir xanim dostum Bakıdan zəng etdi və yaxın günlərdə İstanbula gələcəyini söylədi.  Amma gəliş məqsədini söyləmədi. Qısa müddət sonra isə o mənə Türkiyə nömrəsi ilə zəng vurdu. Artıq bir necə gündür İstanbulda imiş.  Düşündüm ki, onun səfəri işgüzar səbəblərlə baglidir. Düşüncəmdə yanılmamışdım. O, sevinə-sevinə  telefonda mənə bir televiziyadan aparıcı kimi dəvət aldığını, dolğun maaş vəd olunduğunu, hətta bu televiziyanın onun üçün İstanbulun asiya yakasında villa da kiraladıgını söylədi. Villanın şəraitinə və mənzərəsinə söz yox imiş və 24 saat mühafizəşilər tərəfindən qorunurmuş. Onun sevincinə şərik olsam da hər şeyin bu dərəcədə mükəmmel olması məni şübhələndiridi. Özünü xoşbəxt hiss edən bu qızın Harun Yəhya ilə proqram aparacam deməsi isə mənim bütün şübhələrimə son qoydu. Zavallı dostumun Harun Yəhyanın tələsinə düşdüyünə əmin oldum. Çünki eşitmişdim ki, Harun Yəhya gözəl qızlardan cox məharatlə istifadə edir. Onları tədricən borclandırır və yaxud dəbdəbəli həyata alışdırır. Her iki halda onlar Harun Yəhyadan asılı olurlar. Sonra  onları müxtəlıf yollarla tanınmış insanların yatagına soxaraq seks  görüntülərini əldə edir. Beləliklə istədiyi adamı ləkələyə və yaxud susdura bilir. Bu kimi şikayətlər əsasında dəfələrlə məhkəməyə verilsə də,  həmişə bəraət qazana bilib...                                                                                                         
Hər şeydən xəbərsiz  qızcığazı təcili oradan çıxarmaq lazım idi. Bu elə də asan olmadı. Mühafizəcilər mane olmağa çalışırdı. Polis çağıracağımızı söylədikdən sonra mane olmaqdan vaz keçdilər və mən onu elə o səmtdə yaşayan bir azərbaycanlı ailənin yanına yerləşdirdim. Ertəsi gün isə Bakıya qayıtdı. Qız öz təcürbəsiziliyinin və saflığının qurbanı olmadı amma bu hadisə onun üçün bir dərs oldu...    
             
Bu kimi  məsələlərə görə mən Harun Yəhyanın ermənilərə qardaş deməsinə təcüblənmədim. Çünki məhz elə Harun Yəhya kimi əxlaq sahibi olan insanlar  ermənilərlə qardaş ola bilər. Onun ermənilərlə hər hansı bir genetik yaxınlığının olub-olmadığını bilmirəm amma mənəvi cəhətdən erməniləşdiyi  gün kimi aydındır. Ona görə də Harun Yəhya özünü ermənilərlə qardaş hesab etməkdə haqlıdır. Ümidvaram ki, ermənilər də Harun Yəhyanın erməni sevgisini layiqincə qiymətləndirər və onu bir erməni gözəllə mükafatlandırarlar. Belə bir qız tapmaq ermənilər üçün çətin deyil, onsuz da ölkələrində fahişəlik tüğyan edir.Xülasə taylı tayın tapıb...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?