Modern.az

Gəncənin yeni icra başçısı yenə müşavirə keçirdi (FOTOLAR)

Gəncənin yeni icra başçısı yenə müşavirə keçirdi (FOTOLAR)

Təhsil

3 Mart 2011, 15:20


Bu gün Gəncədə 2010-cu ilin yekunarı müzakirə olunub. Modern.az saytının məlumatına görə, hesabat iclasında bildirilib ki, şəhərdə ümumi daxili məhsul istehsalının həcmi 23 faiz artıb. Sənayədə artım 34 faiz, kənd təsərrüfatında 5,3 faiz, əsaslı kapitala investisiya qoyuluşu 2,4 dəfə, pullu xidmət 3,5 faiz artıb. Dövlət Proqramlarının icrası nəticəsində ötən il 4837 yeni  iş yeri yaradılıb ki onunda 4289  daimidi.
Gəncə Şəhər İcra Hakimiyyət başcısı Elmar Vəliyev mövcud problemlərə də toxunub və aidiyyatı qurumlara konkret tapşırıqlar verib. Şəhərin su və kanlazasiya sisteminin yararsız halda olduğunu və tezliklə bu problemin aradan qaldırlacağını bildirib.
2011- ci ildə Şəhərin 6 girişinin yenidən bərpa olunacağını və Bakı tərəfdən giriş hissənin kompleks şəkildə təmir-bərpa ediləcəyini diqqətə çatdırıb. Elmar Vəliyev 200-dən artıq küçənin adının hələ də olmadığını qeyd edərək bunula bağlı sənədləşmə işlərinin hazırlanmasını tezləşdirməyi tapşırıb. Şəhərdəki hündürmərtəbəli binaların dam örtüklərinin və fasadlarının yenidən təmir olunacağını, aparılan abadlıq-quruculuq işləri zamanı qədimliyi qoruyub saxlamaqla müasirləşmənin əhəmiyyətini vurğulayıb.





Xaliq Qurbanov
Gəncə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır