Modern.az

Qarabağı Ermənistana birləşdirən yol ÇÖKDÜ

Qarabağı Ermənistana birləşdirən yol ÇÖKDÜ

22 Noyabr 2016, 11:04

Ermənistan rəhbərliyi Dağlıq Qarabağa gedən ikinci yolun (Vardenis-Ağdərə) tikintisində ciddi problemlərlə üzləşiblər.

 

Modern.az xəbər verir ki, yolun Ermənistandan işğal altındakı Azərbaycan  ərazilərinə keçən Sotk aşırımı adlı hissəsində asfalt qatı qrunt sularının təsiri ilə çöküb. Çökmə ərazisi 4 kilometr ərazini əhatə edir.

 

“Sotk aşırımında 4 kilometrlik hissə qrunt sularının təsiri ilə çöküb və asfaltlaşdırmaq mümkün deyil. Dəvət olunmuş mütəxəssislər artıq həmin ərazini öyrənir. Yekun açıqlamadan sonra işlərə davam edəcəyik” – deyə “Hayastan” fondunun Qarabağdakı nümayəndəsi Vitali Qazaryan  deyib.

 

Qazaryan yaranmış problemlə bağlı Vardenis-Ağdərə yolunun nəzərdə tutulduğu kimi dekbar ayında deyil, gələn ilin yazında istifadəyə verilə biləcəyini deyib.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi