Modern.az

“Kürd" qılığına girmiş ermənilər...

“Kürd" qılığına girmiş ermənilər...

Dünya

22 Noyabr 2016, 11:07

Türkiyədə yaşayan 20-yə yaxın erməni aşirəti özlərini kürdlər kimi tanıdır. Modern.az-ın məlumatına görə, Türkiyənin tanınmış tarixçisi, professor doktor Yusif Halacoglu deyir ki, uzun illərdir Türkiyədə kök salan və kürd adı altında gizlənən erməni aşirəti PKK-ya yardım edir.

Tarixçinin sözlərinə görə 35 min nəfərin qanına bais olan “Apo” ləqəbli PKK lideri Abdulla Öcalan da əslində ermənidir - Artin Agopyandır. Yusif Halacoglu araşdırmaları nəticəsində PKK-ya xidmət edən kürd-ermənilərin adını açıqlayıb:

“Erməni soyqırımı deyib bagıranlar kürd adı altında terror təşkilatında fəaliyyət göstərən ermənilərə diqqət yetirsin. “Parmaksız Zeko”nun adını çoxu eşidib. Kimdir o? Əsl adı Şemdin Sakık. O özü anasının erməni olduğunu açıqlayıb. Bölüçü Kürt Partiyasının həmsədri Əminə Ayna qatqısız ermənidir. PKK-nın və “Sürgündə Kürdüstan Hökuməti” təşkilatının üzvü,  Silvanda doğulan Semra Bakır ermənidir. Semranın qardaşı Orhan Bakırın əsl adı Armenakdır. O, erməni terror təşkilatı TİKKO mənsubu idi. Təşkilatın mərkəz komitəsində vəzifəyə qədər yüksələn Armenak polislə toqquşmada öldü.
Bundan başqa “Zazan Bertin” kod adlı Silvanda doğulan Ruşen Tapançı ermənidir. Onun babasının adı Ohanisdir. Ohanis  “Mavi çarşı”nın yıxılması aksiyasında fəal iştirak edib. Böyük bir “kürd” aşirətinin ağası “Cihan” ləqəbli Akif Yadigaroğulları ermənidir. Babası Apkar, nənəsi isə Maryamdır.  
1964-cü ildə Benekdə  doğulan Haşim Benek də ermənidir. Babası Şiho, nənəsi Kitrodur. Şırnakın Dərələr kəndi yaxınlığında eşşək mağaraları deyilən yerdə polislə toqquşmada sağ olaraq ələ keçirilib. Diyarbəkir məhkəməsində qanundankənar silah daşıma, silahlı terror örgütü qurma və terroroçularla əlbir işləmək maddəsi ilə həbs olunub. Azadlığa çıxdıqdan sonra isə Antalyada Muratpaşa Bələdiyyəsinə namizədliyini irəli sürüb. Hazırda böyük bir aşirətə rəhbərlik edir”.

Tarixçi siyahının uzun olduğunu deyir. Onun sözlərinə görə, kimliklərini dəyişən və kürd adı altında  gizlənən bu ermənilər Türkiyəyə ciddi zərbə vururlar. Onlar PKK-ya yardım edir və kürdləri ətraflarına çəkərək, maddi yardımlar edir, gəncləri terror təşkilatına cəlb edərək, dağlara göndərirlər.

“Kürdüstan məsələsini də ilk olaraq bu erməni “kürdlər” ortaya atıb və inkişaf etdirib. Uydurma “erməni soyqırımı” kimi saxta iddialarla da Türkiyədə qarışıqlıq yaradırlar. “Kürdüstan” deyə bir yer yoxdur. Mən məclisdə çıxışım zamanı da demişəm. Anadolu xəritəsində “Kürdüstan” deyilən bir bölgə yoxdur. Bununla bağlı onlarla xəritə təqdim edə bilərəm. Amma bu iddiada olanlar mənə cəmi bir xəritə gətirsinlər və orada Kürdüstanı göstərsinlər. Mən araşdırmalarım zamanı gördüm ki, kürd deyə bildiyimiz insanlarımız əslində türkmən əsillidirlər. “Kürd alevi” olaraq tanınan vətəndaşlarımızın isə erməni kökənli oldugunu gördük”.

Yusif Halacoglu onu da bildirir ki, Osmanlı dönəmində  Kürdüstan ərazisi İraqda Süleymaniyyədən indiki Hakkari bölgəsinə qədər olan bir yerə deyilib. Kürdüstan deyilən bir yer Türkiyə sərhəddini keçməyib. 

 

Məhsəti Şərif

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir