Modern.az

XİN-dən Xocalı soyqırımının 25 illiyi ilə bağlı AÇIQLAMA

XİN-dən Xocalı soyqırımının 25 illiyi ilə bağlı AÇIQLAMA

22 Noyabr 2016, 11:29

Qarşıdan gələn 2017-ci ildə ermənilər tərəfindən Xocalı soyqırımının törədilməsinin 25 illiyi tamam olacaq.

Soyqırımın 25 illiyi ilə bağlı olaraq Azərbaycanda dövlət səviyyəsində bir sıra mühüm tədbirlərin baş tutacağı gözlənilir.

Bəs görəsən Xocalı soyqırımının xaricdə dövlət səviyyəsində qeyd olunması istiqamətində hansı işlər görülür ?

Yəni Azərbaycanın xaricdəki diplomatik xidmət korpuslarında Xocalı soyqırımının 25 illiyi ilə bağlı hansı tədbirlər nəzərdə tutulub?

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a açıqlamasında deyib ki, Xocalı soyqırımı daima Azərbaycanın xarici siyasətində olan mühüm məsələdir:

“Xocalı soyqırımı elə bir məsələdir ki, bu daima ölkənin xarici siyasət sistemində öndə və gündəlikdə olan əsas məsələlərdən biridir və soyqırımın xaricdə dünya ictimaiyyətinə tanıdılması istiqamətində daima iş aparılır.

Soyqırımın 25 illiyi ilə bağlı xaricdəki səfirliklərdə, diplomatik xidmət korpuslarında da xüsusi tədbirlər keçiriləcək”.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı