Modern.az

Azərbaycan əsilli jurnalist NTV-dəki yeni işindən DANIŞDI

Azərbaycan əsilli jurnalist NTV-dəki yeni işindən DANIŞDI

Media

22 Noyabr 2016, 12:02

Azərbaycan əsilli jurnalist İradə Zeynalova Rusiyanın NTV kanalında “Həftənin yekunları” informasiya proqramının aparıcısı olacaq.

Modern.az Rusiya mediasına istinadən bildirir ki, “Həftənin yekunları” formatına görə tamaşçıların onu indiyədək tanıdıqlarından daha çox müəllif proqramı olacaq.

“Faktların quru təqdimatı yox, onların dərk edilməsinə də diqqət verəcəyəm. Bu istehzalı və dəqiq formullarla reportyor proqramı olacaq”, - teleaparıcı vurğulayıb.

Zeynalovanın sözlərinə görə, proqramın ilk buraxılışı dekabrın 4-də yayımlanacaq.

İradə Zeynalova 2003-cü ildən Birinci kanalda müxbir, sonra Böyük Britaniya və İsrail bürolarının rəhbəri işləyib.

 

2012-ci ildən “Zaman” proqramının bazar günü buraxılışını aparıb.

 

2016-cı ilin sentyabr ayında onu efirdə “Eksert” jurnalının baş redaktoru Valeri Fadeev əvəzləyib. 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir