Modern.az

Nardaranın icra nümayəndəsi qəbirlərin dağıdılması xəbərinə aydınlıq gətirdi

Nardaranın icra nümayəndəsi qəbirlərin dağıdılması xəbərinə aydınlıq gətirdi

22 Noyabr 2016, 12:14

26 noyabr 2015- ci il tarixində Nardaranda baş vermiş qanlı hadisələr zamanı öldürülmüş 4 nəfər yerli sakinin- Əkbər Babayev, Sarvan Şirvanov, Fərail və Rəfael Bünyadov qardaşlarının qəbirlərinin dağıdılması ilə bağlı məlumatlar yayılıb.

Bu haqda «Nardaran işi» üzrə məhkəmə iclasında təqsirləndirilən şəxslərdən biri-Cabbar Cabbarov məlumat verib.

Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sədri Əlikram Xəlilov Modern.az-a açıqlamasında deyilənlərin yalan olduğunu bildirib:

“Bunların hamısı uydurma məlumatlardır. Mən bildiyim qədərilə həmin şəxslərin il mərasiminə görə qəbirləri abadlaşdırılır. Həmin fotolar da ajiotaj yaratmaq üçün abadlaşdırılma ərəfəsində çəkilib ictimailəşdirilib”.

 

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi məlumata görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs.

Hadisələrdə təqsirli bilinərək saxlanılan şəxslərin bəziləri 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilən bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, 3 gün sonra yerli sakinlərin “şəhid” adlandırdığı şəxslərin il mərasimi keçiriləcək.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir