Modern.az

Ermənistanda Qərb yönümlü seçki bloku yaradılır

Ermənistanda Qərb yönümlü seçki bloku yaradılır

22 Noyabr 2016, 12:49

Ermənistanda gələn ilin aprel ayında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca müxalifət partiyalarının düşərgəsində blok yaradılması ilə bağlı fəal məsləhətləşmələr  gedir.

Modern.az xəbər verir ki, bu haqda “Jamanak” qəzeti yazıb.

“Əgər “Vətəndaş razılaşması” partiyasının əvvəlki idarə heyətinin tərkibi növbəti seçkilərdə hansısa blokda iştirakın qəti əleyhinə idisə, Gümrü və Vanadzordakı yerli kampaniyadan sonra bu siyasi qüvvə öz yanaşmasını dəyişib. Partiyanın idarə heyətinin yeni rəhbəri Sasun Mikaelyan bu günlərdə fəal şəkildə görüşlər keçirir.

Bu zaman “Vətəndaş razılaşması” partiyası qısamüddətli blokların əleyhinə çıxış edir, hesab edir ki, gələcəkdə müxalifətin monolit konsolidasiyasına ehtiyac var. Müxalifətin seçkiqabağı blokunun yaradılması üçün bir neçə ssenari müzakirə olunur. Ən ehtimal olunan varian “Vətəndaş razılaşması” və “Respublika” partiyalarının alyans yaratmasıdır”, - qəzetdə vurğulanır.

 Yazıda qeyd edilir ki, “Respublika” partiyasının Siyasi Şurasının sədrio Aram Sərkisyan dəfələrlə növbəti seçkilərdə blok formatında iştirak edəcəklərini bəyan edib. Söhbət isə Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünün əleyhiə çıxış edən qüvvələrlə əməkdaşlıqdan gedir.

Xatırladılır ki, Nikol Paşinyan ölkənin Avrasiya İqtisadi İttifaqından  çıxmasını indiki məqamda düzgün hesab etməsə də, ancaq parlamentdə müqavilənin ratifikasiyası zamanı əleyhinə səs verib.

Bu qüvvələrə Ermənistan Avropa İttifaqı assosiasiyasına girməsinintərəfdarı kimi çıxış edən “İrs” partiyası da qoşula bilər .

Bu partiyada bir az əvvəl geniş iclas keçirilib və müxalifət qüvvələrinin konsolidasiyasının zəruriliyi bəyan olunub.

“İrs” partiyası sədrinin müavini Armen Martirosyan “Jamanak”ın müxbiri ilə söhbətində hazırda seçkiqabağı blokun yaradılması ilə bağlı danışıqların aparıldığını təsdiqləyib. Ancaq o deyib ki, prosesə xələl gətirməmək üçün iştirakçıların adlarının çəkilməsi məqsədə uyğun deyil.

 

Onun sözlərinə görə, danışıqlar aparılan partiyalar arasında seçki blokunun yaradılması ilə bağlı müəyyən fikir ayrılıqları olsa da, sonda ortaq məxrəcə gələ bilmək ehtimalı yüksəkdir.

“Biz Ermənistanın hamı ilə normal münasibətinin tərəfdarıyıq. Ancaq bu münasibət hansısa ölkədən vassal asılılığı kimi olmamalıdır. Hazırda baş nazir kürsüsündə Rusiyanın canişini tutur”, - “İrs”in sədr müavini deyib. 

Digər məlumata görə, “Respublika” və “Vətəndaş razılaşması” partiyalarının blok yaratmaq niyyəti yaxın zamanda açıq şəkildə bəyan olunacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir